Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tennisçi Novak Cokoviç xeyriyyə aksiyalarını davam etdirir

Bakı, 22 may, AZƏRTAC

Pandemiya dövründə tennisçilər maliyyə böhranından əziyyət çəkirlər. Amma bu sözləri raketka ustalarının hamısına, xüsusilə də titullu idmançılara aid etmək düzgün olmazdı. Onların elə özləri kömək məqsədilə donor rolunu oynayırlar.
AZƏRTAC xəbər verir ki, dünyanın adlı-sanlı tennisçiləri son günlər müxtəlif xeyriyyə aksiyalarına qoşulurlar. Onlar xəstəxanalara xüsusi tibbi avadanlıq bağışlamaqla yanaşı, imkansız ailələrə də yardım edirlər. Belə tennisçilər arasında ATP reytinqinin lideri Novak Cokoviçi xüsusilə fərqləndirmək lazımdır. Bundan əvvəl də xoşməramlı tədbirlərə qoşulan idmançı daha bir xeyirxah təşəbbüsü ilə yadda qalıb. Otuz üç yaşlı tennisçi Serbiyanın Kruşevats şəhərinin xəstəxanasına 5 ədəd süni tənəffüs aparatı və bir o qədər də klinika monitoru bağışlayıb.

İdman 2020-05-22 14:30:00