×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə müəssisələri 690,2 milyon manatlıq xidmət göstərib

Bakı, 22 may, AZƏRTAC 

Xüsusi karantin rejimi dövründə informasiya və rabitə xidmətləri sahəsinin fəaliyyətinə məhdudiyyət qoyulmadığından bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,4 faiz artaraq 690,2 milyon manat təşkil edib ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahədə əldə edilmiş gəlirin 79,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 43 faizi və ya 296,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT 2020-05-22 14:13:00