Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayətlər törətməsi də müəyyənləşdirilib
Bakı, 22 may, AZƏRTAC
Bakıda və Göyçayda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş T.Atakişiyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində bir avtomobildən 150 manat məbləğində pul, maqnitofon və səsgücləndirici oğurlaması da müəyyənləşdirilib.
Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş R.Kərimlinin isə ətrafında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan daha altı nəfərin bank hesablarından pul çıxararaq oğurlaması məlum olub.
Faktlarla bağlı təhqiqat aparılır.
FHN: Bu günədək 210 ədəd mina zərərsizləşdirilib
Sabirabad rayonunda minik avtomobili yanıb
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
20 Yanvar şəhidləri olan polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib