×
A
A
A
Sazlamalar

Kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 77,9 faiz çoxalıb.

Sənaye 2020-05-22 13:51:00