×
A
A
A
Sazlamalar

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal 14 faiz artıb

Bakı, 22 may, AZƏRTAC 

Yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 727,8 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə istehsalın həcmində 14 faiz artım müşahidə olunub.
Dörd ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 2,5 faiz artaraq 99,9 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Aprel ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib.

Energetika 2020-05-22 13:35:00