Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib

Bakı, 22 may, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsi 43-cü polis bölməsinin əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum edilən Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-22 13:45:00