Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Apreldə istehlak qiymətləri indeksi 100,1 faiz olub

Bakı, 22 may, AZƏRTAC

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,1 faiz, cari ilin yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi bu ilin aprel ayında mart ayı ilə müqayisədə 100 faiz, yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,2 faiz olub.
Aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,7 faiz, yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,4 faiz təşkil edib. Apreldə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,1 faiz, cari ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,2 faiz olub. Aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 99,3 faiz, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1 faiz təşkil edib.

İqtisadiyyat 2020-05-22 12:55:00