Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xarici KİV-lər Tərcümə Agentliyinin fəaliyyətini işıqlandırıb

Bakı, 22 may, AZƏRTAC

Türkiyənin “Yeni gün”, Misirin tanınmış “Əl-Vəsilə”, “Sada Online”, “Hakik”, “Əl-Biddə”, “Avrasiya Diary”, “Əl-Vəld” xəbər saytları Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi barədə xəbərlər yayımlayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda agentliyin, Azərbaycan dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərə uyğun olaraq, Azərbaycan dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi məqsədilə yaradıldığı, fəaliyyət istiqamətlərinə dövlət əhəmiyyətli sənədlərin, təşkilatlar, sahibkarlar, yerli və xarici vətəndaşlar tərəfindən təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizasına dair xidmətlərin daxil edildiyi qeyd olunub.

Mədəniyyət 2020-05-22 12:28:00