Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

RF XİN-in rəsmi nümayəndəsi: Azərbaycanın 3 mindən çox vətəndaşı pandemiya dövründə Rusiyadan ölkəsinə qayıdıb

Moskva, 22 may, AZƏRTAC 

Azərbaycanın 3 mindən çox vətəndaşı pandemiya dövründə Rusiyadan ölkəsinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, AZAL Rusiya Federasiyasından 1500 nəfəri öz vətəninə çatdırıb. Mariya Zaxarova deyib: “Bundan əlavə, aprel ayında Azərbaycan vətəndaşlarından ibarət iki qrupun quru yolu ilə - “Yaraq-Qazmalar”-“Samur” sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçirilməsi təmin olunub”.
Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, elə həmin nəzarət-buraxılış məntəqəsi ilə rusiyalılardan təşkil edilmiş, ümumilikdə 672 nəfərdən ibarət 5 qrup Rusiya Federasiyasına qayıdıb, mayın 18-də Bakıdan ilk “daşınan” reys həyata keçirilib, yəni “Aeroflot” aviaşirkətinin təyyarəsi Rusiyanın 140-dan çox vətəndaşını Moskvaya çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2020-05-22 12:20:00