Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiya Prezidenti Vladimir Putin Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif edib

Moskva, 22 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin Fərmanı hüquqi informasiya rəsmi saytında dərc edilib.
Ç.Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bu təltifə layiq görülüb.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2020-05-22 11:53:00