Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İctimai Televiziyanın çəkiliş qrupunun avadanlığını oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 22 may, AZƏRTAC

Mayın 21-də günorta saatlarında Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan iki çəkiliş relsinin ümumilikdə dəyərinin 1800 ABŞ dolları olduğunu bildiriblər.
Hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, ifadəsində oğurladığı relsləri Xətai rayonundakı əlvan metal qəbulu məntəqəsinə 60 manata satdığını bildirib.
Bölmənin əməkdaşları həmin avadanlığı satıldığı yerdən aşkarlayaraq maddi sübut kimi götürüblər.
Faktla bağlı 39-cu polis bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Füzuli Hüseynovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-05-22 11:47:00

Video