×
A
A
A
Sazlamalar

Dörd ayda ölkədə istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

Bakı, 22 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında ölkədə 672 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 124,8 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin eyni ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 23,8 faiz azalıb.

Nəqliyyat 2020-05-22 11:47:00