Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qəbələdə oğurluqla məşğul olan şəxslər saxlanılıblar

Bakı, 22 may, AZƏRTAC 

Qəbələ Rayon Polis Şöbəsinə vətəndaşa məxsus təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kəndinin sakinləri, əvvəllər də oğurluğa görə məhkum edilmiş Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduqları müəyyənləşdirilib. Şübhəli qismində saxlanılan hər üç şəxs cinayət əməlini etiraf edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra A.Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2020-05-22 11:39:00