Oğuzda bir nəfər meşəlik ərazidə itkin düşüb
Bakı, 22 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Cəbhəboyu ərazilərdə 215 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
FHN: Bu günədək 210 ədəd mina zərərsizləşdirilib
Sabirabad rayonunda minik avtomobili yanıb
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək