Maştağada narkotik tərkibli bitki becərən şəxs saxlanılıb
Bakı, 21 may, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbə sakini M.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 43 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Cəbhəboyu ərazilərdə 215 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
FHN: Bu günədək 210 ədəd mina zərərsizləşdirilib
Sabirabad rayonunda minik avtomobili yanıb
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək