FHN: Xəzər dənizində sörfinq edərkən batma təhlükəsi ilə üzləşmiş Rusiya vətəndaşı xilas edilib
Bakı, 21 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda dənizdə, xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sörfinq edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Rusiya Federasiyasının vətəndaşını sudan çıxararaq xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
FHN: Bu günədək 210 ədəd mina zərərsizləşdirilib
Sabirabad rayonunda minik avtomobili yanıb
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
20 Yanvar şəhidləri olan polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib