Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Axtarışda olan şəxs tutulub

Bakı, 21 may, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun mağazadan, gözəllik salonundan və şirniyyat sexindən pul oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-21 17:29:00