×
A
A
A
Sazlamalar

“Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:
Usubov Rüstəm Sabir oğluna
Əsgərov Namiq Əli oğluna.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2020-ci il.

Sərəncamlar 2020-05-21 16:32:00