Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 21 may, AZƏRTAC 

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb.
Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-21 15:57:00