Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Salyan sakininin idarə etdiyi avtomobildən sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb

Bakı, 21 may, AZƏRTAC 

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pratman-Gəncəli kənd sakini N.Kambarovun idarə etdiyi “QAZ-310212” markalı avtomobildən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-21 14:35:00