×
A
A
A
Sazlamalar

Bu il Azərbaycana gələn əcnəbilərin 32,8 faizi hava nəqliyyatından istifadə edib

Bakı, 21 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycana gələn əcnəbilərin 32,8 faizi hava nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatı ilə gəlib.

Nəqliyyat 2020-05-21 12:49:00