Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Milli Xalça Muzeyinə tanınmış simalarla virtual tur

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb. Belə ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, virtual tur çərçivəsində, həmçinin ilk dəfə olaraq muzeyə ekskursiya surdo-tərcümə ilə müşayiət olunub.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinə virtual tur layihəsi davam etdiriləcək, eyni zamanda, rus və ingilis dillərində də təqdim olunacaq.

Mədəniyyət 2020-05-21 12:25:00