Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir

Bakı, 21 may, AZƏRTAC

Koronavirus pandemiyasının yayıldığı bu dövrdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa yox deyir!” adlı layihəni silsilə formada təşkil etməkdə davam edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aksiyanın fəal iştirakçısı olan şair-qəzəlxan, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucusu Əli Əmirov (Ələmi) “Hələ” adlı qəzəli ilə virtual oxucuları tanış edib. Qəzəl eşq mövzusundadır və dərin hisslərə toxunaraq onları bədii sözlə təsvir edib.

Mədəniyyət 2020-05-21 12:01:00