×
A
A
A
Sazlamalar

Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşalar sənət ocağının “Facebook”dakı səhifəsi vasitəsilə canlı nümayiş ediləcək. Belə ki, teatrın kollektivi mayın 22-si saat 18:00-da “Arşın mal alan”, 23-ü saat 18:00-da retro tamaşalardan olan “O olmasın, bu olsun” və 24-i saat 18:00-da “Ər və arvad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
Xatırladaq ki, sənət ocağı 1910-cu il mayın 24-də dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə təşəkkül tapıb. O vaxtdan bu vaxta bizi 110 illik zaman məsafəsi ayırır.

 

Teatr və kino 2020-05-20 23:45:00