×
A
A
A
Sazlamalar

Gəmiçilikdə dezinfeksiya işləri davam edir

Bakı, 20 may, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Həsən Əliyev”, “Merkuri-1”, “Abşeron-12”, “Abşeron-15”, “Abşeron-19”, “Abşeronskaya-5”, “Bakinskaya-3”, “Bakinskaya-5”, “Bakinskaya-6”, “BMK-6795”, “BMK-7218”, “BMK-7219”, “BMK-7408”, “BMK-7648”, “İslam Kərimov”, “Məmməd Süleymanov”, “MPK-452”, “MPK-455”, “MPK-474”, “Mühəndis Balarza Məmmədov”, “PS-153”, “Şimal-1”, “Şimal-52”, “Sumqayıt”, “Üfüq”, “MPK-470”, “Atamoğlan Kərimov”, “Orion-26”, “Taman”, “PSK-40” gəmilərində, eləcə də Gəmiçiliyin tikilməkdə olan inzibati binasında aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Nəqliyyat 2020-05-20 17:10:00