×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsi ilə hərəkət edən bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

Bakı, 20 may, AZƏRTAC

Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91, 92 və 202 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 91 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə təşkil edilib. 92 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə təşkil olunub. 202 nömrəli marşrut xəttinin isə son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı) təyin edilib.

Nəqliyyat 2020-05-20 13:00:00