×
A
A
A
Sazlamalar

Braziliyanın tanınmış elektron resursu Azərbaycanın ilk qlobal “virtual hackathon”undan yazıb

Bakı, 20 may, AZƏRTAC

Braziliyanın tanınmış elektron resursu Azərbaycanın ilk qlobal “virtual hackathon”undan yazıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Braziliyanın San-Paulu Universitetinin “Jornal Da USP” elektron media resursunda nazirlik tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün keçirilmiş “Global Virtual Hackathon” müsabiqəsi haqqında geniş məqalə dərc olunub.
Qeyd edək ki, müsabiqədə III yeri Braziliyanın “Zebrafish” komandası tutub. Onlar zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq təklif ediblər.
Məqalədə artıq bu layihə ilə bağlı qlobal miqyasda işlərin görüldüyü diqqətə çatdırılır və bu barədə geniş informasiya verilir.

İKT 2020-05-20 11:04:00