×
A
A
A
Sazlamalar

Gəmiçilik: 43 sərnişin “Professor Gül” gəmi-bərəsi ilə Qazaxıstana yola salınıb

Bakı, 20 may, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə edilən razılıq əsasında sərnişinlər ASCO-nun “Professor Gül” gəmi-bərəsi ilə mayın 19-da saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı Limanından Kurık limanına göndərilib.
Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirus testindən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Nəqliyyat 2020-05-20 10:49:00