×
A
A
A
Sazlamalar

Paytaxtdakı bəzi işıqforların üzərinə piyada seksiyaları quraşdırılıb

Bakı, 19 may, AZƏRTAC

Paytaxtın nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTCAC-a bildirilib ki, məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.
Artıq “28 May” küçəsinin Kövkəb Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə K.Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində müvafiq işlər görülüb.

Nəqliyyat 2020-05-19 13:16:00