×
A
A
A
Sazlamalar

“World Net Summit” beynəlxalq onlayn konfransı başa çatıb

Bakı, 16 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilmiş “World Net Summit” beynəlxalq onlayn konfransı başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ictimaiyyətin böyük marağına səbəb olan konfransı ümumilikdə 26 ölkədən 40 mindən çox insan izləyib.
“World Net Summit” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə 11-15 may tarixlərində təşkil edilib.
Konfrans çərçivəsində “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum” və “Influencer Summit” olmaqla 8 böyük tədbir keçirilib. “World Net Summit”də 15 ölkədən 50-dən çox spikerin çıxışı baş tutub.
Qeyd edək ki, tədbirlər “Facebook” sosial şəbəkəsi və “YouTube” üzərindən canlı yayımlanıb.

İKT 2020-05-16 10:53:00