×
A
A
A
Sazlamalar

“Təklif. Elçilik” növbəti dəfə onlayn göstəriləcək

Bakı, 16 may, AZƏRTAC
Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə mayın 30-da onlayn təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcəklər.
Səhnə əsəri saat 19:00-da teatrın sosial şəbəkədəki hesabları vasitəsilə göstəriləcək.

Teatr və kino 2020-05-16 10:26:00