ABŞ Prezidentinin məktubu ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir
Bakı, 15 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyi bildirilir, dövlətimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək istiqamətində siyasəti rəğbətlə qarşılanır. Eyni zamanda, məktubda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməsində ABŞ-ın marağının olduğu qeyd edilir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat deyib: “ABŞ Prezidenti tərəfindən göndərilən bu və bundan öncəki ənənəvi məktubların əsas məntiqi Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasına, müstəqilliyinin qorunmasına və xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş idarəetmə modelinə olan dəstəyi nümayiş etdirməkdir. ABŞ–Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır. İki ölkə arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Eyni zamanda, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır”.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar