×
A
A
A
Sazlamalar

“Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alır:

Maddə 1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013, 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20) 62-ci maddəsinin ikinci hissəsinin 2.8-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:
“2.9. geoloji parklar.”.

Maddə 2. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362) 21.2-ci maddəsində “milli və təbiət parklarının" sözləri “milli, geoloji və təbiət parklarının” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12 (I kitab), maddə 2271; 2018, № 5, maddə 890, № 6, maddələr 1184, 1185; 2019, № 1, maddə 34, № 3, maddə 392, № 6, maddə 987) 26-cı maddəsində aşağıdakı dəyişiklər edilsin:
3.1. 1-ci hissədə “təbii (milli) dendroloji” sözlərindən sonra “, geoloji” sözü əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
“7. Geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

Qanunlar 2020-05-15 18:12:00