×
A
A
A
Sazlamalar

Apreldə ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 15 may, AZƏRTAC

Apreldə Azərbaycana idxal olunan avtomobillərin sayı 1704 ədəd, dəyəri isə 31 milyon 786 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 3-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 1603-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 76-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 22-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2020-05-15 16:10:00