×
A
A
A
Sazlamalar

Paytaxtın İnqilab İsmayılov küçəsi yenidən qurulub

Bakı, 15 may, AZƏRTAC

Xətai rayonu, İnqilab İsmayılov küçəsində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihənin icrası zamanı küçədə səkilər inşa edilib, yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb, nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri təşkil edilib, kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

 

Nəqliyyat 2020-05-15 14:50:00