×
A
A
A
Sazlamalar

Lənkəran rayon sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 15 may, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Boladi kənd sakini H.Nəsirovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş iyirmi çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-15 14:32:00