×
A
A
A
Sazlamalar

DİN Masallıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 15 may, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “ZİL” markalı avtomobildə yanğın baş verib. Hadisə zamanı yanıq xəsarəti almış “ZİL”in sürücü hadisə yerində ölüb.
Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-15 14:18:00