×
A
A
A
Sazlamalar

Hövsan qəsəbəsində “VAZ-21014” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 15 may, AZƏRTAC

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Hövsan qəsəbəsi ərazisində yolu keçən 50-55 yaşlı kişi Bakı şəhər sakini Ş.Qasımlının idarə etdiyi “VAZ-21014” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-15 13:26:00