×
A
A
A
Sazlamalar

Paytaxt sakininin içərisində noutbuk olan çantasını oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 15 may, AZƏRTAC 

Paytaxtda və Ağstafada oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da paytaxt sakini S.Əliyevin içərisində 2 min manat dəyərində noutbuk, qol saatı, kitablar və iki yaddaş kartı olan çantasını oğurlamaqda şübhəli bilinən S.Rüstəmov yaxalanıb.
Mayın 13-də Ağstafa rayonu ərazisindəki mağazaların birindən 1500 manat və 1200 ABŞ dolları məbləğində pul, habelə altı ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ü.Cəlilov isə Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-05-15 13:17:00