×
A
A
A
Sazlamalar

Sabunçu qəsəbəsində qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Bakı, 15 may, AZƏRTAC 

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində brilyant qaşlı klonu apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-15 12:50:00