×
A
A
A
Sazlamalar

İndiyədək 1400 avtobusda şəffaf arakəsmələr quraşdırılıb

Bakı, 15 may, AZƏRTAC

Koronavirusa qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Artıq 1400 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.
Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir. Həmçinin sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır. Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır.

Nəqliyyat 2020-05-15 11:06:00