×
A
A
A
Sazlamalar

Yuxarı Mil kanalında batan uşağın axtarışına FHN-in dalğıc-axtarış qrupu cəlb olunub

Bakı, 15 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Mil kanalının Füzuli rayonunun 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Hadisə 2020-05-15 10:57:00