×
A
A
A
Sazlamalar

Masallıda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

 

Bakı, 15 may, AZƏRTAC 

Masallıda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, Masallı rayonunun Çaxırlı kəndi ərazisində “КamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-15 00:21:00