×
A
A
A
Sazlamalar

Mobil telefonlar və spirtli içkilərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 14 may, AZƏRTAC

Mobil telefonlar və spirtli içkilərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan əl çantasından gömrük orqanlarına bəyan olunmayan 1 ədəd “Samsung Galaxy A51 64GB”, 1 ədəd “iPhone 11 Black 128 GB”, 1 ədəd “iPhone 11 Purple 128GB” markalı mobil telefon və digər gizli saxlanc yerlərindən 10 ədəd 0,7 litrlik “Vodka Çarskaya Zolotaya” markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-14 17:21:00