×
A
A
A
Sazlamalar

Quba rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Bakı, 14 may, AZƏRTAC 

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini B.Qədimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və 10 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-14 16:09:00