×
A
A
A
Sazlamalar

Bakı polisi: Tofiq Yaqublunun istintaqının hərəkətsiz saxlanılmaqla ibtidai araşdırmanın uzadılması barədə iddialar əsassızdır

Bakı, 14 may, AZƏRTAC 

Törətdiyi əmələ görə Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun müstəntiq tərəfindən istintaqının hərəkətsiz saxlanılmaqla ibtidai araşdırmanın uzadılması ilə bağlı qızı Nigar Həzinin sosial şəbəkələrdə irəli sürdüyü̈ iddialar əsassızdır.
Bunu AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu mayın 7-də şahid qismində idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər.
Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

Hadisə 2020-05-14 15:31:00