×
A
A
A
Sazlamalar

Gömrükçülər müxtəlif markalı siqaret, spirtli içki və dərman preparatları aşkarlayıb

Bakı, 14 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6000 ədəd müxtəlif markalı siqaretin, 3 ədəd spirtli içki və 53 qutu müxtəlif markalı dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn həmin ölkə vətəndaşını idarə etdiyi “Mercedes-Benz 1844”, Azərbaycan vətəndaşının isə idarə etdiyi “Mercedes-Benz 1840 LS” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 3 ədəd spirtli içki, 6000 ədəd “Marlboro” markalı siqaret, 6 adda 53 qutu dərman preparatı və 10 ədəd tibbi ləvazimat aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-14 13:41:00