×
A
A
A
Sazlamalar

Avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 14 may, AZƏRTAC 

Paytaxtda və Göyçayda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisində “Ford” markalı avtomobildən 1200 manat pul və 480 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Quliyev yaxalanıb.
Mayın 9-da Göyçay rayonunda şəhər qəbiristanlığındakı məzarlardan birinin ətrafına çəkilmiş dəmir hasarı sökərək oğurlamaqda şübhəli bilinən Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş C.Bədəlov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-05-14 12:59:00