×
A
A
A
Sazlamalar

Kür çayında batan şəxsin axtarışına FHN-in dalğıc-axtarış qrupu cəlb olunub

Bakı, 14 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Hacıqabul rayonunun Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun batması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.
Əlavə məlumat veriləcək.

Hadisə 2020-05-14 11:29:00