×
A
A
A
Sazlamalar

Gəmiçilikdə dezinfeksiya işləri davam etdirilir

Bakı, 14 may, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Rəsul Rza”, “Qaradağ-7”, “PSK-31”, “Orion-3”, “Orion-23”, “Qaradağ-1”, “Qaradağ-8”, “Zərdab-6”, “Çalqan-10”, “Orion-22”, “Ramiz Hacıyev”, “MPK-470”, “Ulluçay”, “Geofizik”, “Üfüq”, “Təbriz Xəlilbəyli”, “Ehram Xaliqov”, “Ədalət Gülməmmədov”, “Vaqif Cəfərov”, “PSK-48”, “MPK-452”, “PSK-40”, “PS-173”, “MPK-459”, “MPK-470”, “MPK-474” gəmilərində və 639 saylı üzən emalatxanada aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Nəqliyyat 2020-05-14 11:42:00